Şimali Koreya lideri Kim Rusiyada döyüş təyyarələrinin istehsal olunduğu fabriklərə baş çəkibbackend

Şimali Koreya lideri Kim Rusiyada döyüş təyyarələrinin istehsal olunduğu fabriklərə baş çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada təmaslarını davam etdirən Şimali Koreya lideri Kim Çen In Komsomolsk-na-Amure şəhərinə gedərək Rusiya döyüş və mülki təyyarələrinin istehsal edildiyi fabriklərə baxış keçirib.

Editor.az xəbər verir ki, Rusiya hökumətinin telegram hesabından verilən açıqlamaya görə, Kim baş nazirin müavini, sənaye və ticarət naziri Denis Manturov ilə Komsomolsk-na-Amure şəhərindəki təyyarə zavodlarını gəzib. Kim Yuriy Qaqarin adına Aviasiya Zavodunun Komsomolsk-na-Amure Mühəndislik Mərkəzi və İstehsalat Sexləri və Yakovlev Sınaq və Konstruktor Bürosunun obyektlərinə gedib, Su-35 və Su-57 döyüş təyyarələrinin istehsal proseslərini və yekun montaj emalatxanasındakı prosesləri izləyib.

Kim və Manturov Rusiyanın Superjet 100 (SJ-100) sərnişin təyyarəsinin istehsal olunduğu obyektlərə gedərək məlumat alıb, proqramın sonunda Su-35 qırıcı təyyarəsinin nümayiş uçuşunu izləyiblər. Kim Komsomolsk-na-Amurada təxminən 5 saat vaxt keçirib və sonra zirehli qatarı ilə şəhəri tərk edib. Kim qubernator və mer tərəfindən yola salınıb.

//Gülnarə Abasova, Editor.az