Şimali Koreya lideri nüvə silahından istifadə etməyə hazır olmağa çağırıbbackend

Şimali Koreya lideri nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Strateji raket sınağına qatılan Şimali Koreya lideri Kim Çen In ordunu nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.

Editor.az Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-nın məlumatına istinadla xəbər verir ki, bunu ölkənin nüvə çəkindirici gücünü sınamaq üçün təşkil edilən strateji raket təliminə qatılan Kim Çen In deyib. Xəbərə görə, ən qabaqcıl çəkindirmə və müdafiə qabiliyyətinin ancaq güclü hücum gücü ilə təmin oluna biləcəyini qeyd edən Kim sözlərini belə davam etdirib: Nüvə silahlı qüvvələrinin döyüş hazırlığını daim təkmilləşdirmək, onlardan istifadəyə tam hazır olmaq və beləliklə, etibarlı nüvə qalxanının köməyi ilə dövlətin suverenliyini və təhlükəsizliyini əbədi olaraq qorumaq respublikanın nüvə silahlı qüvvələrinin məsul missiyası və vəzifəsidir. Xəbərdə təlimin məqsədinin Şimali Koreya ordusunun “istənilən bölgədə əks-hücum keçirmə qabiliyyətini” nümayiş etdirmək olduğu vurğulanıb.

Qeyd edək ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri dördüncü raket sınağıdır.

//Gülnarə Abasova, Editor.az