Şimali Koreya: “Nüvə silahına “nüvə silah” ilə cavab verəcəyik”backend

Şimali Koreya: “Nüvə silahına “nüvə silah” ilə cavab verəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In dünənki qitələrarası ballistik raket sınağından sonra açıqlama verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, təlimə şəxsən nəzarət edən Kim uzunmüddətli təhlükəsizlik siyasətlərində heç bir dəyişiklik olmadığını ifadə edib.

“Nüvə müharibəsinin qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, düşmənlərə qorxu aşılamaq və insanların dinc həyatını təmin etmək lazımdır “,-deyə ölkə lideri bildirib.

Şimali Koreyaya açıq düşmənçilik bəsləyən, Koreya yarımadası və ətraflarında tez-tez genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreya ilə mübarizəni davam etdirəcəklərini qeyd edən Kim düşmənə qarşı yürütdükləri siyasətin məntiqi nəticəsi olacağını bildirib. başa düşülməsi lazım olduğunu söyləyib: “Nüvə silahına nüvə silahı ilə, cəbhə münaqişələrinə isə cəbhə münaqişələri ilə cavab verəcəyik”.

Qeyd edək ki, hərbi təlimlər çərçivəsində buraxılan “Hwasong-17” qitələrarası ballistik raketi uğurla sınaqdan keçirilib.

//Safura Bənnayeva, Editor.az