Şimali Koreya hakimiyyəti bir daha bəyan edib ki, ölkə heç vaxt nüvə potensialından əl çəkməyəcək.
Editor.az xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxış edən Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Sonq Kyonq bildirib.
“Şimali Koreyanın qondarma nüvə tərksilahına məcbur edilməsi, əslində, bizim suverenliyimizdən və mövcudluq hüququmuzdan imtina etməyimizə bərabərdir. Bu, konstitusiyamızın pozulması deməkdir. Biz heç vaxt nüvə imkanlarımızdan əl çəkməyəcəyik”,-deyə o bildirib.
Xatırladaq ki, sentyabrın 22-də Şimali Koreya lideri Kim Çen In da oxşar mövqe sərgiləyərək, respublikanın nüvə silahından imtina etməyəcəyini bəyan etmişdi. O, ABŞ-ın “nüvə tərksilahı mantrasını” dəstəkləyən dövlətləri sərt tənqid edərək, bu ölkələrin Pxenyanın suverenliyinə məhəl qoymadığını vurğulamışdı.
//Gülnarə Abasova, Editor.az

