Şimali Koreya nüvə silahlarının sayının “eksponensial şəkildə” artırmaq siyasəti yürüdür – Şimali Koreya lideri Kim Çen Inbackend

Şimali Koreya nüvə silahlarının sayının “eksponensial şəkildə” artırmaq siyasəti yürüdür – Şimali Koreya lideri Kim Çen In

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi hazırda nüvə silahlarının sayını “eksponensial şəkildə” artırmaq üçün nüvə qüvvələrinin inkişafı siyasəti yürüdür.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət teleqraf agentliyi KCNA məlumat yayıb. Şimali Koreyanın yaradılmasının ildönümü ilə bağlı çıxışı zamanı Kim vurğulayıb ki, ölkə “nüvə imkanlarını diqqətlə hazırlamalı və dövlətin təhlükəsizlik hüquqlarını təmin etmək üçün onlardan istənilən vaxt düzgün istifadə etməyə hazır olmalıdır”.

Onun sözlərinə görə, “ABŞ və onun tərəfdarlarının müxtəlif təhdidlərinə” qarşı çıxmaq üçün güclü hərbi mövcudluq lazımdır. Şimali Koreya lideri əlavə edib ki, Şimali Koreya regionda ABŞ-ın rəhbərlik etdiyi nüvə hərbi bloku hesab etdiyi “ciddi təhlükə” ilə üz-üzədir. Eyni zamanda Cənubi Koreya müdafiə nazirinin siyasət üzrə müavini Ço Çanq-rae və onun amerikalı və yaponiyalı həmkarları KXDR-in nüvə silahlarının çatdırılması sistemlərinin şaxələndirilməsini, ballistik raketlərin sınaqdan keçirilməsini və buraxılmasını pisləyiblər.

ABŞ Dövlət Departamentinin birgə bəyanatında deyilir ki, Seulda keçirilən görüş zamanı onlar Şimali Koreyadan gələn nüvə və raket təhlükəsinin qarşısını almaqla regionda sülhün təmin edilməsi üçün üçtərəfli əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha təsdiqləyiblər.

//Samir Qurbanov, Editor.az