Şimali Koreya raket sınağı keçirməkdən doymurbackend

Şimali Koreya raket sınağı keçirməkdən doymur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya yenidən Sarı dənizə doğru bir neçə qanadlı raket atıb. Bu, Şimali Koreyanın bir həftə ərzində üçüncü raket sınağıdır.

Editor.az bildirir ki, bu barədə “Yonhap” xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verib. Cənubi Koreya ordusunun məlumatına görə, raketlər yerli vaxtla təxminən 07:00-da Koreya yarımadasının qərb sahilindən buraxılıb.

Neçə raketin atıldığı açıqlanmır. Yanvarın 28-də KXDR sualtı qayıqdan Yapon dənizi üzərindən 7421 san. və 7445 san. Ilə uçan “Pulhvasal-3-31” qanadlı raketləri buraxıb. Şimali Koreya rəsmiləri “adadakı hədəfi dəqiq vurduğunu” iddia edib. Buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. Həmin gün Şimali Koreyanın şərq sahillərindən də bir neçə raketin buraxıldığı bildirilir.

//Samir Qurbanov, Editor.az