Şimali Koreya Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsində məsuliyyət daşıyırbackend

Şimali Koreya Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsində məsuliyyət daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya hakimiyyətinin hərəkətləri Vaşinqtonun Ukraynada müharibəyə son qoymaq səylərinə mane olur.

Editor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus aprelin 29-da departamentin saytında dərc olunan brifinqdə deyib. “Şimali Koreya kömək etmir… Bu qırğına töhfə verən başqa ölkələr də var və onların hərəkətləri müharibənin davam etməsinə şərait yaradır. KXDR kimi üçüncü ölkələr Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsində məsuliyyət daşıyırlar”, – ABŞ diplomatik departamentinin sözçüsü bildirib.

Bryusun sözlərinə görə, KXDR əsgərlərinin rusların tərəfində hərbi əməliyyatlarda iştirakına “son qoyulmalıdır”. O, həmçinin bildirib ki, Şimali Koreya bölmələrinin Rusiyada təlim keçməsi BMT Təhlükəsizlik Şurasının Pxenyana və ya ondan hərbi yardımın göstərilməsini və ya alınmasını qadağan edən bir sıra qətnamələrini pozur. Dövlət Departamentinin sözçüsü jurnalistlərin Çinin bu “üçüncü ölkələr”dən biri olub-olmaması ilə bağlı suallarına birbaşa cavab verməkdən yayınıb.

//Samir Qurbanov, Editor.az