Şimali Koreya-Rusiya münasibətləri: “Proseslər Uzaq Şərqə yönəlib “-AÇIQLAMAbackend

Şimali Koreya-Rusiya münasibətləri: “Proseslər Uzaq Şərqə yönəlib “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şimali Koreya nüvə dövlətidir və onun hərbi arsenalı, kifayət qədər nizamlı ordusu, texnikası var”.

Bunu Editor.az-a siyasi şərhçi Əziz Əlibəyli Şimali Koreya lideri Kim Çen İnin (Kim Jong Un) Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etməsi və Putinin hərbi əməkdaşlıqla bağlı suala “Bütün məsələlər barədə tələsmədən danışacağıq, vaxtımız çoxdur”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərə silah alış-verişi prizmasından baxmaq düzgün deyil:

“Şimali Koreyanın varlığı Cənubi Koreyanı xatırlatmalıdır. Çünki biri Asiyanın siyasətinin vahid elementidir, digəri isə Qərb siyasətinə söykənir, şərq-Qərb sivilizasiyasının toqquşmasının məhsuludur. Təəssüf ki, bu toqquşma müasir dünyanın ən ziddiyyətli problemlərindən birini təşkil edir”.

Siyasi şərhçinin fikrincə, müasir dünyada qarşıdurma Yapon dənizi, Sakit okean və Sarı dənizinə yönəlməkdədir:” Şimali Koreya-Rusiya əməkdaşlığının ən önəmli mərhələsi proseslərin Avropadan Uzaq Şərqə köçürülməsinə yönəlib. Uzaq Şərqə köçürülmə ilə bağlı əsas aktor Şimali Koreyadır. Şimali Koreyanın ABŞ-nın bölgədəki mövqeyinə nə cür zərbə vuracağı ilə bağlı məsələlər müzakirə olunur”.

//Safura Bənnayeva, Editor.az