Şimali Koreya Rusiyaya 7 minə konteynerdən artıq silah-sursat göndəribbackend

Şimali Koreya Rusiyaya 7 minə konteynerdən artıq silah-sursat göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ötən ildən Rusiyaya Ukraynadakı müharibədə dəstək olmaq üçün sursat və digər hərbi texnika ilə dolu 7 min yaxın konteyner göndərib.

Editor.az bildirir ki, bu barədə “The Times” qəzeti yazıb. Bundan əvvəl ABŞ və Cənubi Koreya rəsmiləri Şimali Koreyanı Rusiyanı artilleriya mərmiləri, raketlər və digər avadanlıqlarla təmin etməkdə günahlandırırıblar. Lakin həm Moskva, həm də Pxenyan bu ölkələr arasında silah tədarükü sazişinin mövcudluğunu inkar edir.

Eyni zamanda, Cənubi Koreya rəsmilərinin və özəl ekspertlərin fikrincə, silah müqabilində Şimali Koreya çox güman ki, Rusiyadan çox ehtiyac duyulan ərzaq və iqtisadi yardım, eləcə də Kim Çem Inın qüvvələrinin modernləşdirilməsinə yönəlmiş hərbi yardım alıb.

Cənubi Koreyanın müdafiə naziri Şimali Koreyanın əvvəlcə gəmilərlə, lakin quru sərhədindən getdikcə daha çox dəmir yolundan istifadə etdiyini söyləyib. Lakin bəlkə də milyonlarla artilleriya mərmisi və digər təchizat göndərmək müqabilində Şimali Koreya 9000 konteynerdən çox Rusiya yardımı alıb, – Şin deyib.

O, BMT Təhlükəsizlik Şurasının ölkəyə neft və neft məhsullarının idxalını ciddi şəkildə məhdudlaşdıran sanksiyalarına zidd olaraq, Rusiyanın Şimali Koreyanı yanacaqla təmin edə biləcəyindən şübhələndiyini də vurğulayıb.

//Samir Qurbanov, Editor.az