Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi kəşfiyyat məlumatlarına istinadən xəbər verir ki, Şimali Koreya Rusiyaya əlavə qoşun göndərib. Kəşfiyyatın hesablamalarına görə,
Şimali Koreya Ukrayna qüvvələrinə qarşı döyüşmək üçün artıq Rusiyada yerləşdirilmiş təxminən 11.000 əsgərdən əlavə, yanvar və fevral aylarında 1000-dən çox əsgər göndərib. Eyni zamanda kəşfiyyat rəsmisi bildirib ki, Şimali Koreya da Rusiyaya əlavə hərbçi göndərməyə hazırlaşır.
Eyni zamanda, Cənubi Koreya kəşfiyyatı bu əlavə qoşunların Rusiyanın Kursk bölgəsinə köçürülüb-götürülməməsi barədə məlumat verməyib.
//Samir Qurbanov, Editor.az