KXDR Rusiyaya min konteynerdən çox sursat tədarük edib.
Editor.az ABŞ-ın NATO-dakı səfiri Culian Smitə istinadən bildirir ki, bu məlumat peyk görüntüləri ilə təsdiqlənir.
“Bizdə yeni məlumat var ki, KXDR bu yaxınlarda Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya əlavə silahlar tədarük edib. Min konteynerdən çox hərbi texnika və sursat ötürüb”
. Şimali Koreyadan Rusiyaya yük gəmilərində konteynerlərin hərəkəti peyklər vasitəsilə qeydə alınıb. “Biz KXDR-i ruslara Ukrayna xalqına, Ukrayna şəhərlərinə hücum etməsi, üçün, eləcə də Rusiyanın gələcək hərbi əməliyyatlarda şübhəsiz ki, istifadə olunacaq bu cür silahları verdiyinə görə qətiyyətlə qınayırıq”, – o vurğulayıb.
ABŞ-ın NATO-dakı səfiri güman edir ki, KXDR mərmi müqabilində Rusiyadan digər hərbi texnologiyalar almaq istəyir. Ola bilsin ki, Pxenyan Moskvadan döyüş təyyarələri, yer-hava tipli raketlər, zirehli maşınlar, eləcə də ballistik raketlərin istehsalı üçün avadanlıq tələb etsin.
//Samir Qurbanov, Editor.az

