Şimali Koreya sualtı qayıqdan ballistik raketin buraxılışını həyata keçirib.
Editor.az xəbər veririk, bu barədə Cənubi Koreya ordusundan bildiriblər. Məlumata görə, “8.24 Yongung” sualtı qayığından iki strateji ballistik raketin sınaq buraxılışı buraxılış yerindən təxminən 1500 km məsafədə simulyasiya edilmiş dəniz hədəfini vurub.
Şimali Koreyanın böyük sualtı donanması olsa da, “24 Avqust Qəhrəmanı” mənasını verən “8.24 Yongung” strateji ballistik raketlərlə silahlanmış yeganə məlum eksperimental sualtı qayıqdır. Analitiklər qeyd edirlər ki, bu sualtı qayıq KXDR tərəfindən raketlərin hazırlanmasında, sualtı qayıq texnologiyası və operativ idarəetmədə, həmçinin sualtı qayıqların hazırlanmasında fəal istifadə olunur.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki, ölkənin silahlı qüvvələri hazırlıq vəziyyətindədir və Cənubi Koreya ABŞ kəşfiyyatı ilə birlikdə ballistik raketin buraxılışının parametrləri və şəraitini öyrənir. Qeyd edək ki, martın 13-də ABŞ və Cənubi Koreyanın birgə 11 günlük “Azadlıq Qalxanı 23” hərbi təlimi başlayıb.
//Samir Qurbanov, Editor.az