Şimali Koreya Cənubi Koreya, ABŞ və Yaponiyanın təlimlərinə cavab olaraq sualtı nüvə silahı sistemini sınaqdan keçirib.
Editor.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) KXDR Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Hərbi idarənin məlumatına görə, KXDR Milli Müdafiə Akademiyası nəzdində Sualtı Silah Sistemləri İnstitutu Yapon dənizində hazırlanmaqda olan “Heil-5-23” sualtı nüvə silahı sistemini sınaqdan keçirib.
Departament əlavə edib: “Ordumuzun sualtı nüvə hazırlığı yaxşılaşacaq və təbii olaraq müxtəlif dəniz reaksiyaları ABŞ Hərbi Dəniz Qüvvələri və onun müttəfiqlərinin düşmən hərbi hərəkətlərinin qarşısını almağa davam edəcək”.
Xatırladaq ki, yanvarın 14-dən 17-dək Yaponiya, ABŞ və Cənubi Koreyanın hərbi dəniz qüvvələri Koreya yarımadasının cənubunda Şərqi Çin dənizində birgə təlimlər keçirib. Manevrlərdə səkkiz döyüş gəmisi iştirak edib. Şimali Koreya lideri Kim Çen In deyib ki, Şimali Koreya ABŞ-ın “görünməmiş” qarşıdurma addımlarına qarşı çıxmaq üçün 2024-cü ildə müharibəyə hazırlığı sürətləndirməlidir.
O, Cənubi Koreyanı “ən düşmən” ölkə adlandırıb və bu tərifin respublikanın konstitusiyasında təsbit edilməsinə, eləcə də Cənubi Koreya ilə sülh yolu ilə birləşməyə dair hər hansı qeydin götürülməsinə çağırıb.
//Samir Qurbanov, Editor.az

