Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıbbackend

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb.

Editor.az bildirir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinə istinadən məlumat yayıb. Bugünkü buraxılış ilin əvvəlindən bəri beşincidir. Cənubi Koreya Silahlı Qüvvələrinin məlumatına görə, KXDR sonuncu dəfə aprelin 22-də raket buraxıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi xəbərə görə, bu gün Şimali Koreya lideri Kim Çen In şərti nüvə zərbəsi endirmək üçün təlimlər keçirib.

2024-cü ilin yanvarında KXDR planlı döyüş başlığı ilə ballistik raketlərin sınaqlarını bərpa edib. Yanvarın 14-də keçirilən sınaqlardan sonra Yaponiya Şimali Koreyanı BMT qətnamələrini pozmaqda ittiham edib.

//Samir Qurbanov, Editor.az