Şimali Koreya Yaponiya doğru yeni ballistik raket buraxdı: ABŞ Cənubi Koreya ilə bərabər dərhal hərbi tələmlərə başladıbackend

Şimali Koreya Yaponiya doğru yeni ballistik raket buraxdı: ABŞ Cənubi Koreya ilə bərabər dərhal hərbi tələmlərə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ, amerikan B-1B strateji bombardmançı təyyarəsinin sınaqdan keçirilməsi ilə bağlı birgə hava təlimlər keçirib.

Editor.az bildirir ki, bu barədə “Yonhap” Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verir. Təlimlər bir gün əvvəl, fevralın 18-də həyata keçirilən KXDR raketinin buraxılışına cavab olaraq keçirilir.

Agentliyin məlumatına görə, təlimlərə Cənubi Koreyanın “F-35A” və “F-15K” qırıcıları, habelə Amerikanın “F-16” təyyarələri cəlb olunub. B-1B bombardmançılarının sayı dəqiqləşdirilməyib. Təlimdə hər iki tərəfdən təxminən on təyyarə iştirak edib.

Onlar Sarı və Şərq dənizləri üzərindən, sonra isə bölgənin cənub hissəsinin üzərindən uçuşlar həyata keçiriblər. Birləşmiş Qərargah Rəisləri bildiriblər ki, təlim Cənubi Koreya və ABŞ-ın müdafiə imkanlarını, həmçinin Vaşinqtonun Seulun müdafiəsinə sadiqliyini sübut edir. Qeyd edək ki, bu arəfədə KXDR Yapon dənizinə doğru ballistik raket buraxıb. Yaponiya Müdafiə Nazirliyinin hesablamalarına görə, raket 5,7 min km yüksəklikdə təxminən bir saat uçub və təxminən 900 km məsafə qət edib.

  //Samir Qurbanov, Editor.az