Şimali Koreya Yaponiyanın Hokkaydo adasına doğru ballistik raket buraxdıbackend

Şimali Koreya Yaponiyanın Hokkaydo adasına doğru ballistik raket buraxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və Yaponiya KXDR-dən Yapon dənizinə doğru ballistik raket atdığını qeydə alıb. Ehtimal ki, söhbət uzaqmənzilli mərmidən gedir

Editor.az Cənubi Koreyanın “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri təfərrüatları olmadan yalnız raket buraxılışı barədə məlumat verib.

Yaponiyanın Müdafiə Nazirliyi bildirib ki, mərmi yerli vaxtla saat 8:24-də dik adlanan trayektoriya ilə buraxılıb. Ehtimallara görə, uzaqmənzilli raket Yaponiyanın şimalındakı Hokkaydo adasındakı eksklüziv iqtisadi zonadan kənara düşəcək.

Şimali Koreya sonuncu dəfə bir gün əvvəl, dekabrın 17-də raket buraxıb. Balistik raket təxminən 400 km uçub və Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Koreya yarımadasının şərqindəki Yapon dənizinə düşüb. Mərmi 50 km hündürlükdən uçub.

//Samir Qurbanov, Editor.az