Şimali Koreya zavodları Rusiyanı silahla təmin etmək üçün tam gücü ilə işləyirbackend

Şimali Koreya zavodları Rusiyanı silahla təmin etmək üçün tam gücü ilə işləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın sursat fabrikləri Rusiyaya silah tədarük etmək üçün tam gücü ilə işləyir.

Editor.az bildirir ki, bunu Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik deyib. Cənubi Koreyanın “Yonhap” News agentliyi Cənubi Koreyanın müdafiə naziri Şin Von-sikə istinadən xəbər verib. “…Bəzi zavodlar (Şimali Koreyanın – red.) tam gücü ilə işləyir, onlar əsasən Rusiya üçün silah və mərmi istehsal edir”. Rusiya silah müqabilində Şimali Koreyaya çox ehtiyac duyulan ərzaq və digər zəruri mallar göndərir.

Nazirin sözlərinə görə, ölkə noyabrda orbitə ilk casus peykini çıxarıb və bu il daha üç peyk buraxmağa söz verib, çünki Moskva Pxenyanı peyk texnologiyası ilə də təmin edib. Şin bildirib ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasında sentyabrda keçirilən sammitdən sonra Şimali Koreya Rusiyaya təxminən 6700 konteyner göndərib.

//Samir Qubanov, Editor.az