Şimali Koreyadan ABŞ-a soyuq mesaj: Biz hazırıqbackend

Şimali Koreyadan ABŞ-a soyuq mesaj: Biz hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini “potensial işğala hazırlıq” hesab edərək, ABŞ-a “daha güclü təqib tədbirləri görəcəyi” barədə xəbərdarlıq edib.

Editor.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Şimali Koreya ölkəni xarici hərbi təhdidlərdən müdafiə etmək üçün “bütün lazımi tədbirləri” görməyə hazırdır.

Bəyanatda ABŞ hərbi təlimlərə görə “sülh və təhlükəsizliyi pozan əsas günahkar” kimi göstərilib.

Qeyd edək ki, Şimali Koreyanın dünən keçirdiyi raket sınaqlarından sonra gərginliyin artdığı Koreya yarımadasında ABŞ və Cənubi Koreyanın genişmiqyaslı birgə hava təlimlərinə başladığı bildirilib.

Pxenyan administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən bəri 28-ci cəhdini həyata keçirib.

//Gülnarə Abasova, Editor.az