Şimali Koreyadan Rusiya ilə bağlı iddialara sərt cavab: “Ağzınızı yumun”backend

Şimali Koreyadan Rusiya ilə bağlı iddialara sərt cavab: “Ağzınızı yumun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Rusiyaya silah göndərir” iddiaları Şimali Koreyanın imicini ləkələmək cəhdidir”.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya dövlət mediasında adı açıqlanmayan müdafiə rəsmisi açıqlamasında deyib.Şimali Koreyanın Rusiyaya heç bir silah ixrac etmədiyi və belə bir planının olmadığı bildirilib. O, ABŞ administrasiyasından “ lazımsız bəyanatlar” verməyi dayandırmağı və “susmağı” istəyib.

Hərbi texnikanın ixracı və idxalının “suveren dövlətə xas qanuni hüquq” olduğunu bildirən Şimali Koreya rəsmisi Şimali Koreyanın ABŞ və qüvvələrinin hazırladığı “BMT Təhlükəsizlik Şurasının qeyri-qanuni sanksiyalarını” heç vaxt tanımadığını qeyd edib. ABŞ-ın Şimali Koreyanın imicinə xələl gətirməyə çalışdığını bildirən səlahiyyətli, Şimali Koreyanın heç vaxt Rusiyaya silah- sursat ixrac etmədiyini və ixrac etməyi də planlaşdırmadığını deyib.

//Gülnarə Abasova, Editor.az