Şimali koreyalı diplomatın arvadı və oğlu Rusiyada itkin düşüblər – FOTObackend

Şimali koreyalı diplomatın arvadı və oğlu Rusiyada itkin düşüblər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vladivostok şəhərində Koreya Xalq Demokratik Respublikasının baş konsulluğunun nümayəndəsinin arvadı və oğlu itkin düşüblər.

Əzizlərinin yoxa çıxması ilə bağlı 62 yaşlı Çoy Yon Namım özü açıqlama verib.

Diplomatın sözlərinə görə, iyunun 4-də səhər saatlarında 43 yaşlı arvadı Kim Kum Sun və 15 yaşlı oğlu Pak Kvon Çju baş konsulluğun yaxınlığında taksiyə miniblər.

Bundan sonra əlaqə itib, onları heç kim görməyib.

Qadın və yeniyetmənin mobil telefonlarına zəng çatmayıb.

Məlumdur ki, polis artıq əcnəbiləri aparan taksi sürücüsünü tapıb. O, sərnişinləri Russkaya küçəsində düşürdüyünü bildirib.

Müşahidə kamerasının görüntüləri sürücünün dediklərini təsdiqləyib.

Axtarış davam edir.