Şimali Koreyanın ballistik raket “əyləncəsi” davam edirbackend

Şimali Koreyanın ballistik raket “əyləncəsi” davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 1-nə keçən gecə Şimali Koreya Yapon dənizinə növbəti qısa mənzilli ballistik raket buraxıb.

Editor.az bildirir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsində məlumat verilib. Cənubi Koreya ordusu yerli vaxtla səhər saat 2:50-də buraxılışı qeydə alıb. Raket təxminən 400 km uçaraq dənizə düşüb. Bəzi müşahidəçilər bu buraxılışı Cənubi Koreyanın cümə günü bərk yanacaqla işləyən kosmik raket sınağının davamı kimi qiymətləndirirlər.

Qeyd edək ki, şənbə günü səhər KXDR, qısa mənzilli dah üç raket attmışdı. Pxenyan bunu “ağır” 600 mm çaplı artilleriya mərmilərinin sınağı adlandırıb.

Şimali Koreya lideri Kim Çen In deyib ki, onlar nüvə başlıqları daşıya bilirlər və potensial olaraq Cənubi Koreyanın hər yerində hədəfləri vurmağa qadirdirlər. Cənubi Koreya ordusu bu cür mərmiləri trayektoriya və məsafəni nəzərə alaraq qısa mənzilli ballistik raketlər kimi təsnif edirlər.

Ümumilikdə, 2022-ci ildə KXDR 70-ə yaxın ballistik raket buraxıb.

//Samir Qurbanov, Editor.az