Şimali Koreya ballistik raket sınağı keçirib və uğursuz olub.
Editor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah rəisi məlumat yayıb.
Yaponiya Müdafiə Nazirliyi mənbələrindən verilən məlumata görə isə Şimali Koreya ballistik raketi atmış ola bilər. Yaponiya baş nazirinin ofisində fövqəladə hallara cavab mərkəzi yaradılıb.
Qeyd edək ki, bunun Şimali Koreyanın bu il onuncu raket sınağı olduğu bildirilir.
//Gülnarə Abasova, Editor.az

