Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Huinin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya rəsmi səfərə gedib.
Bu barədə Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı səfirliyinin Telegram-kanalında deyilir. Rusiya səfiri Aleksandr Matseqora xanım Soiyə səmərəli səfər və xoş təəssürat arzulayıb.
Diplomatik missiyanın şərhindən belə çıxır ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbərinin Rusiyaya səfəri bu ilin yayında ölkə liderləri Vladimir Putin və Kim Çen Inın görüşündən sonra yaradılmış strateji dialoq çərçivəsində baş verir. Diplomatlar izah ediblər ki, razılaşmalara uyğun olaraq, tərəflər ikitərəfli münasibətlər və beynəlxalq gündəm məsələləri ilə bağlı müntəzəm məsləhətləşmələr aparacaqlar.
//Samir Qurbanov, Editor.az

