Təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində 2000-ci ildə Çeçenistanda Pskov desantçılarına hücum etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Saxlanmalar Qaraçay-Çərkəz Respublikası, Dağıstan və Volqoqrad vilayətində baş verib.
Editor.az bildirir ki, bu barədə FSB-nin İctimai Əlaqələr Mərkəzi (CPR) xəbər yayıb. Hazırda hücumda şübhəli bilinən şəxslərin rolunun aydınlaşdırılması istiqamətində iş aparılır və saxlanılan şəxslərin terror qruplaşmalarının fəaliyyətində iştirakına dair digər faktlar da müəyyən edilir.
Xatırladaq ki, Pskov desantçılarına hücum 2000-ci ildə Çeçenistanın Şatoy rayonunda baş verib. Rusiya Silahlı Qüvvələrinin 104-cü Qvardiya Paraşüt Alayının 6-cı rotasının 90 hərbçisi Xəttab və Basayev silahlılarının sayca üstün qüvvələri ilə qeyri-bərabər döyüşə çıxmışdı və o zaman 84 rus hərbçisi həlak olmuşdu.
//Samir Qurbanov, Editor.az

