Şimali və Cənubi Koreya arasında müharibə yetişir – “The New York Times”backend

Şimali və Cənubi Koreya arasında müharibə yetişir – “The New York Times”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya yaxın aylarda Cənubi Koreyaya qarşı hərbi əməliyyatlar keçirə bilər.

Editor.az bildirir ki, bu barədə “The New York Times” (NYT) ABŞ administrasiyasının rəsmilərinə istinadən yazıb.

Nəşrin fikrincə, Şimali Koreya lideri Kim Çen Inın son bəyanatları “daha aqressiv” olub və ciddi qəbul edilməlidir. Amerika rəsmiləri “Koreya yarımadasında tammiqyaslı müharibənin qaçılmaz riskini” görmədiklərini açıqlayırlar.

Bununla belə, onlar hesab edirlər ki, Pxenyan “zərbələri sürətlə eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirə bilər”.

Nümunə kimi onlar 2010-cu ildə Cənubi Koreyanın Yeonpyonqdo adasının atəşə tutulması hadisəsini, o zaman KXDR və Cənubi Koreyanın artilleriya atəşi açdığını göstəriblər. Nəticədə hər iki tərəfdən bir neçə hərbçi və mülki şəxs həlak olumuşdu.

NYT-nin məlumatına görə, ABŞ rəsmiləri hesab edir ki, Kim Çen In “Rusiya ilə genişlənən tərəfdaşlığından çox güman ki, ruhlanır”. Eyni zamanda, Amerika departamenti Şimali Koreyanın hərbi əməliyyatlara və ya böyük müharibəyə hazırlaşdığına dair konkret əlamətlər hələ qeydə almayıb.

//Samir Qurbanov, Editor.az