Şimali və Cənubi Koreya sərhədində gərginlik: Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblarbackend

Şimali və Cənubi Koreya sərhədində gərginlik: Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya əsgərləri yenidən iki ölkə arasındakı quru sərhədini qısa müddətə keçiblər. Bundan sonra Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblar. Bu, Şimali Koreya ordusunun son bir ayda üçüncü sərhəd pozuntusudur.

Editor.az bildirir ki, bu barədə “Yonhap” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən yazıb Komandanlığın məlumatına görə, hadisə dünən, iyunun 20-də baş verib. Şimali Koreya əsgərləri sərhədin mərkəzi hissəsində demilitarizasiya zonası daxilində demarkasiya xəttini keçib və xəbərdarlıq atəşindən sonra geri qayıdıb.

Cənubi Koreya ordusu sərhədin təsadüfən keçildiyini bildirib. Oxşar hadisələr iyunun 9-da və 18-də də baş verib. Hər iki halda 20-30-a yaxın Şimali Koreya əsgəri sərhədi keçib, səsgücləndirici ilə xəbərdarlıq elan edildikdən və atəş açıldıqdan sonra öz tərəflərinə qayıdıblar. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri KXDR hərbçilərinin bilmədən sərhədi keçdiyini bəyan ediblər.

//Samir Qurbanov, Editor.az