Ukraynanın baş prokuroru İrina Venediktova bildirib ki, onun idarəsi Rusiyanın RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı ittiham irəli sürüb.
Bundan əlavə, Ukrayna məhkəməsi onun həbsi barədə qiyabi qərar çıxarıb.
“Simonyan Marqarita Semyonovna, sizin Ukraynadakı prosessual statusunuz şübhəli şəxsdir. Ukrayna məhkəməsi sizin, Marqarita Semyonovnanın həbs olunmasına və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə verilməsinə icazə verib”, – o, cümə günü Facebook səhifəsində yazıb.
“Ukrayna prokurorları yaxın günlərdə şübhəlinin beynəlxalq axtarışa verilməsi prosesinə başlamaq niyyətindədir”, – Venediktova əlavə edib.
Venediktova bu məlumatı məhkəmə qərarının surətləri ilə müşayiət edib, orada isə göstərilir ki, Simonyan Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsini (“Konstitusiya quruluşunu zorla dəyişdirmək və ya devirmək və ya dövlət hakimiyyətini ələ keçirmək məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirmə, ərazisinin və ya Ukraynanın dövlət sərhədinin sərhədlərinin dəyişdirilməsi) pozmaqda ittiham olunur. Ukraynanın baş prokurorunun sözlərinə görə, işin başlanmasına səbəb Simonyanın Donbassla bağlı açıqlamaları olub. Bundan əvvəl Ukrayna Baş Prokurorluğu bir sıra tanınmış rusiyalılara, o cümlədən müğənni Nikolay Baskov, kinorejissor Nikita Mixalkov, müğənni Oleq Qazmanov, teleaparıcı və media meneceri Tina Kandelakiyə qarşı analoji addımlar atıb.
Milli.az



