Simonyan Putinin sözçüsü rolundabackend

Simonyan Putinin sözçüsü rolunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı jurnalist Marqarita Simonyan bildirib ki, Ukraynaya qarşı müharibədə Rusiyanın uduzması “mümkün deyil”. Əks halda, bütün bəşəriyyət üçün hər şey “çox pis” bitəcək.

Editor.az UNİAN.net-ə istiandən xəbər verir ki, bu barədə o, öz təbliğat proqramlarının birinin efirində deyib. “Onların hamısı inanır ki, biz mütləq uduzacağıq, Qərb isə qalib gələcək. Onlar başa düşmürlər ki, bu, sadəcə mümkün deyil, belə olmayacaq. Ya bunun sonu bütün bəşəriyyət üçün pis olacaq, ya da biz qalib gələcəyik.

Üçüncü variant yoxdur”, – Simonyan deyib. Aydındır ki, Simonyan növbəti dəfə Ukraynada məğlubiyyət olacağı halda nüvə müharibəsinə eyham vurur. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurma həmişə davam edəcək və ruslar artıq “bu yeni həyata öyrəşməlidirlər”. “Artıq bu cür sızıltıları eşitmək istəmirəm: “Uşaqlara yazığım gəlir, uşaqlara yazığım gəlir”. Deyirəm ki, “nəyə görə uşaqlara yazığım gəlməlidir?…Bəli, bəziləri üçün artıq Qərbdə oxumaq mümkün olmayacaq, onlar üçün yeni dünya açılmayacaq, bağlanacaq… Mənə qulaq asın, insanlar, sevinmək lazımdır. Yeni dünya o qədər sürətlə cəhənnəmə gedir ki, 10 ildən sonra deyəcəksiniz: “Allaha şükür ki, mənim uşağım Qərbdə oxumayıb və o, mənim uşağım və normal insan olaraq qalacaq”. Nə baş verməsindən və necə davranmağımızdan asılı olmayaraq, bizim həyatımızda Qərblə bu qarşıdurma sözsüz olacaq”, – Simonyan bildirib. Xatırladaq ki, bundan əvvəl general Romanenko bildirmişdi ki, Vladimir Putin Ukraynada nüvə və kimyəvi ssenarilərə getməyə hazırdır, lakin ətraf mühit və qorxu hələ ki, onu məhdudlaşdırır. Xarici işlər naziri Sergey Lavrov da dolayısı ilə Rusiyanın gələcəkdə Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə eyham vurmuş, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Qərb ölkələrini nüvə müharibəsi ilə hədələmişdi.

  Editor.az