Sinan Akçıl idman zalından qantel oğurlayıbbackend

Sinan Akçıl idman zalından qantel oğurlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Sinan Akçılın oğurluq etdiyi iddia edilib.

Editor.az axşam.az-a istinadən bildirir ki, hadisə İstanbulun Maslak ərazisindəki idman zalında baş verib.

Sənətçinin fitneslə məşğul olduqdan sonra qantellərdən birini çantasına qoyaraq evə apardığı deyilir.

Zalın təhlükəsizlik kameralarındakı görüntülərinə baxan işçilər qanteli Sinanın götürdüyünü görüblər.

Müğənniyə bununla bağlı zəng olunsa da, o, ittihamları inkar edib. Kamera görüntülərinin olduğunu eşidən Sinan daha sonra qanteli idman zalına geri qaytarıb.