Sinan Oğandan seçkinin nəticəsinə İLK REAKSİYAbackend

Sinan Oğandan seçkinin nəticəsinə İLK REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan seçkinin nəticələrinə münasibət bildirib. 

Oğan öz ünvanına səsləndirilən tənqidlərin boşa çıxdığını bildirib:

“Prezident seçkiləri ilə bağlı proses başa çatdı. Nəticələrə əsasən, ilk turda bizdən dəstəyini əsirgəməyən seçicilər, ikinci turda da bu dəstəyi davam etdirərək Türkiyənin sabitliyi  üçün səs verdilər. Seçicilərimiz “bu səslər Sinan Oğana verilmədi” deyənlərin həvəsini qırıb, böyük əksəriyyət bizə güvənərək olduğumuz tərəfi seçdi.

Buradan plana sadiq qalan bütün vətəndaşlara təşəkkürümü bildirirəm. Artıq yeni dövr başlayır, qalib gələn Türk millətçiləri, Atatürkçülər, Türk milləti və Türk dünyasıdır. Məğlub isə linç mədəniyyəti, terrora bağlı olanlar və onlara güvənənlər oldu”.

Qeyd edək ki, Sinan Oğan seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğana dəstək verəcəyini açıqlamışdı.

Globalinfo.az