Sinan Oğanın seçiciləri kimə dəstək olacaq?- Ehtimallar və GÖZLƏNİLƏN NƏTİCƏLƏRbackend

Sinan Oğanın seçiciləri kimə dəstək olacaq?- Ehtimallar və GÖZLƏNİLƏN NƏTİCƏLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident seçkilərinin ll turunun nəticələrinin 5,2% səs toplayan Sinan Oğanın seçicilərinin hansı namizədə öz səslərini verməsi ehtimalı üzərində müzakirələr davam edərkən hələlik S.Oğanın öz fikrini açıqlamasını bir-iki günə edəcəyi gözlənilir”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Politoloq S.Oğanın səslərinin ikinci turda nə dərəcədə həlledici olacağını diqqətə çəkib:

“Məsələ ondadır ki, S.Oğan vaxtı ilə MHP-nin üzvü kimi milliyyətçi kəsimin nümayəndəsidir. O, eləcə də, Azərbaycanla ciddi əlaqələri olan, hətta öz sözləri ilə  “Hələ Ərdoğan və Kılıcdaroğlu Azərbaycanın yanında olmayanda mən Azərbaycanın yanında idim” deyən insandır. Amma bu, o reallığı dəyişdirmir ki, onun seçici kontingenti bu seçkilərdə həm onu dəstəkləyən, həm də məcburiyyətdən ona səs verən insanlardan təşkil olunub. Normal halda S.Oğanın seçici kütləsi 1-2%-dən çox olmazdı. Muharrem İncənin öz namizədliyini geri götürməsi səbəbindən onun seçici kütləsinin müəyyən faizinin S.Oğana səs verməsi, CHP-nin PKK-nın siyasi qanadı HDP ilə, “FETO” terror təşkilatı ilə iş birliyini qəbul etməyən, eləcə də, AK Partiyadan narazı olub, digər partiyaları da qəbul etməyən seçici kütləsinin müəyyən hissəsinin ona səs verməsi səbəbindən seçki faizinə ciddi təsir etdi. Təkrar seçkidə bu kütlənin kimə səs verəcəyi hələlik müəmmalıdır. Böyük ehtimalla seçkidə iştirak etməyə bilərlər. Bu baxımdan, S.Oğanın bu tərkibli seçici kütləsi üzərində ciddi təsir gücü yoxdur ki, onun sözü ilə hərəkət etsin. 5,2% səsin böyük hissəsinin K.Kılıçdaroğluna veriləcəyi durumda onun qalib gələcəyi ilə bağlı proqnozlar yanlışdır. Məsələ ondadır ki, CHP-nin partiya kimi bu seçkidə atdığı addımlar artıq onun öz elektoratına ciddi şəkildə mənfi təsir edib və xəyal qırıqlığına səbəb olub. Odur ki, səs itkisi və ya seçkiyə getməmək ehtimalı böyükdür. Deyilənləri nəzərə alaraq, böyük ehtimalla Ərdoğanın ll turda qələbəsi gözlənilir. S.Oğanın “Cümhur İttifaqı”nın namizədini dəstəkləyəcəyi ehtimalı isə çox böyükdür. Azərbaycan dövlətinin və xalqının əksər hissəsinin dəstək verdiyi hörmətli R.T.Ərdoğana Sinan bəyin də dəstək olacağına əminliyimizi bildirmək istəyirik. Biz milli kəsim insanlar kimi Sinan bəydən bunu gözləyirik”.

//Gülnarə Abasova, Editor.az