Sindra Şarma: “Bölgələrimiz itki və ziyanla üz-üzədir”backend

Sindra Şarma: “Bölgələrimiz itki və ziyanla üz-üzədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İqlim maliyyəsi olmadan, ehtiyac duyduğumuz ambisiyaya çata bilməyəcəyik və bu, kiçik dövlətlər üçün prioritet olan bir amildir”.

Bunu COP29 çərçivəsində keçirilən beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzinin mətbuat konfransında Sakit Okean adaları iqlim Fəaliyyəti Şəbəkəsinin baş məsləhətçisi Sindra Şarma deyib.

O bildirib ki, tərəflər iqlim maliyyələşməsi üçün 1.3 trilyon dollar ambisiya ətrafında birləşiblər.

“Lakin bölgələrimiz itki və ziyanla üz-üzədir. Bilirik ki, 1.5 dərəcədən sonrakı artım bizim üçün fəlakətdir. Bu məbləğ bizim üçün sadəcə rahatlamadır, lakin bununla kifayətlənə bilmərik”, – deyə Sindra Şarma əlavə edib.