“Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Fu açıqlama verib ki, “Sinovac” peyvəndinin qoruma təsiri çox aşağıdı, cəmi 50,4%-dir. Çindən kənarda ən çox bu peyvənd Braziliya və Türkiyədə vurulub, hər iki ölkədə də virusun yayılmasının növbəti kəskin dalğası yaranıb”.
Editor.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, Azərbaycanda 1 milyondan çox insana “Sinovac” vaksini vurulub və son günlər bizdə də virusun yayılması artıb:
“Bu məsələ ilə bağlı Azərbaycanda məsul qurumlar mütləq açıqlama verməlidirlər, vaksinləşmə vacibdir, buna qarşı deyiləm, amma yaranan suallara da ağlabatan cavab tapmalıdır”.

