Sinqapurda əqli qüsurlu şəxs edam edilibbackend

Sinqapurda əqli qüsurlu şəxs edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziyalı Nagaentran K. Dharmalinqam narkotik qaçaqmalçısı olduğu üçün illər əvvəl Sinqapurda həbs edilib.

Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, narkotiklə bağlı çox sərt qanunları olan ölkə Dharmalinqam üçün ölüm cəzası tətbiq edib. Onun əqli cəhətdən qüsurlu olması və edamın ləğv edilməsi üçün edilən bütün hüquqi səylər öz bəhrəsini vermədi. Məhkəmənin qərarında isə bildirilib ki, o nə etdiyini yaxşı bilirdi.

Qeyd edək ki, Sinqapurun Mərkəzi Narkotik Bürosu və Baş Prokurorluğunun səlahiyyətliləri beynəlxalq tənqidlərdən sonra ölüm hökmünün tətbiqini müdafiə edən bəyanatlar veriblər.

//Nəzərbəy, Editor.az