“Sionistlərə imkan verməyəcəyik ki, qonşularımızla münasibətlərə xələl gəlsin” – İran prezidentibackend

“Sionistlərə imkan verməyəcəyik ki, qonşularımızla münasibətlərə xələl gəlsin” – İran prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yad, əcnəbi qüvvələr bölgəmizə səadət və inkişaf arzulamırlar. Sionistlərə imkan verməyəcəyik ki, İranın qonşuları ilə münasibətlərinə xələl gəlsin”.

Editor.az bildirir ki, İran İslam Respublikasının prezidenti İbrahim Rəisi ölkənin Qərbi və Şərqi Azərbaycan vilayətlərinin nümayəndələri ilə parlamentdə görüşündə belə deyib.

“Əcnəbilərin bölgədə öz ekspansionist, ilhaqçı maraqları var və biz, sionistlərə planlarını gerçəkləşdirməyə imkan verməyəcəyik. Mehriban qonşuluq, iqtisadi və ticari əlaqələr, habelə sərhədyanı bazarların fəallaşdırılması İranın proqramları ilə siyasət yönləri arasnıdadır. Qonşularla mübadilə isə iqtisadiyyatın inkişafına və bölgə ölkələri ilə əlaqələrin aktivləşməsinə kömək edə bilər”, – Rəisi deyib.