Şirin quyruğu qopdu: Tehran əməlinə “peşman”dır?backend

Şirin quyruğu qopdu: Tehran əməlinə “peşman”dır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə daxilində etirazların pik həddə çatdığı qonşu İran böhranlı günlərini yaşayır. Molla rejiminə qarşı ən sərt formada etirazlarını ifadə edən xalq necə deyərlər, mövcud qaydalarla artıq yaşamaq istəmir. Hakimiyyət isə ölkəni mövcud sərt şəriət qaydaları ilə idarə edə bilmir.

Və bu narazılıq tək daxili deyil, xarici siyasətlə də bağlı güclənməkdədır. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoymamaq, əksinə birinciyə üstünlük vermək qonşu dövlətin əsas amalına çevrilib. Bu da fəsadlarını verməli idi və verdi də. 30 il din, dil, birgə tarixi keçmişi olduğu Azərbaycanı deyil, məscidlərini xarabazara çevirdiyi daşnak, faşist rejimlə münasibətlər qurmağa üstünlük verdi. Azərbaycan torpaqları işğal altında qalanda bu siyasət davam etdi. Rəsmi Bakı bu ədalətsizliyə son qoymaq üçün hərbi əməliyyatlara başlayanda da yenə bitərəfli qaydada Ermənistanı müdafiə etməyə çalışdı.

Ardınca da separatçılarla əməkdaşlıq edildi, sərhəddə hərbi təlimlər keçirdi, Qarabağdakı tör-töküntü rejimə ərzaq və silah daşıdı, hətta konsulluq belə açmaqdan çəkinmədi. Bütün bunların da fəsadları olacaqdı və olur da. Ən dəşhətlisi odur ki, İran İslam Respublikası yarandığı gündən bəri bu həddə nifrətin şahidi olmayıb.

Beləliklə, daxili problemlərdən diqqəti yayındırmaq üçün qonşularla münasibətləri gərginləşdirmək xətti götürən rəsmi Tehran ümid edirdi ki, narazılıqları səngidə biəcək. Lakin görünür ki, yanılıb. Narazılıqlar nəinki, səngidi, əksinə daha da güclənib. Bu səbəbdən də molla rejimi geri çəkilməyə məcbur olub. Söhbət İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin Azərbaycanla bağlı son açıqlamasından gedir. Bu da İranın növbəti dəfə geri addım atdığını və Azərbaycana güc, təzyiq göstərmək yolu ilə nəyəsə nail ola bilməyəcəyini anladığını göstərir.

İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri  deyib ki, “əgər bir gün Azərbaycan Respublikası xarici ölkə tərəfindən hücuma məruz qalsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycanla döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır”. Nəzərə alsaq ki, bu şəxs İranda nüfuzlu şəxslərdən biridir və xarici siyasətini müəyyənləşdirən və həyata keçirən əsas fiqurdur. Faktiki olaraq ölkənin xarici işlər naziri vəzifəsini Əli Əkbər Vilayəti yerinə yetirir. Maraqlıdır ki, İran bu təhdidini yalnız əməli fəaliyyəti ilə deyil, həm də sözlə dilə gətirib.

Yeri gəlmişkən, bir müddət əvvəl İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görən birabırçı açıqlaması ilə gündəm olmuşdu. Və indi məlum bəyanat səslənir. Görünür, şirin quyruğu qapı arxasında qalıb.

Beləliklə, İran tərəfi anlamalıdır ki, Azərbaycan bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. İki ölkə arasında gərginliyin yaranmasının səbəbkarı məhz İran özü olub.

Milli.Az