“Şişirdilmiş rəqəmlərin arxasında müxtəlif oyunlar, məqsədlər dayanır”- Politoloqdan ŞƏRHbackend

“Şişirdilmiş rəqəmlərin arxasında müxtəlif oyunlar, məqsədlər dayanır”- Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməniəsilli əhalinin Qarabağ regionundan çıxması ilə bağlı Azərbaycan bütün lazımi şəraiti yaradıb. Hətta onlarla avtobus da göndərib ki, rahat könüllü şəkildə ərazilərimizi tərk edə bilsinlər. Belə ki, onlar Azərbaycan vətəndaşlığını almaq istəmirlərsə, istədikləri ölkələrdə yaşaya bilərlər”.

Bu barədə fikirləri Editor.az-a açıqlamasında diplomat, politoloq Fikrət Sadıxov deyib.

O bildirib ki, regionumuzu tərk edən əhali  dünya ictimaiyyətinə guya onlara qarşı etnik təmizləmə həyata keçirtdiyimiz, blokada da saxladığımız barədə reallığa uyğun olmayan informasiyalar yaymağa çalışacaqlar:

” Hələ Sovet dönəmində Azərbaycana məxsus Qarabağda 120 min əhali yaşayırdı və onların 25 faizi azərbaycanlı idi. Necə ola bilər ki, Birinci və İkinci Qarabağ müharibəsindən sonra oradan indi 100 min erməni əhalisi Ermənistana qayıtsın? Bu şişirdilmiş rəqəmlərin arxasında müxtəlif məqsədlər, oyunlar dayanır. Görünür, ərazilərimizdən çıxan ermənilər qaçqın statusu, hökumətlərdən, beynəlxalq təşkilatlardan müavinət tələb edəcəklər. Onların şişirdilmiş bu sayı müəyyən siyasi qüvvələrin maraqlarına da cavab verir. Çünki onlar da siyasi meydançalarda Azərbaycanı bu məsələdə günahlandıraraq bəyan edəcəklər ki, guya bu hal Azərbaycanın sərt siyasətinin nəticəsidir. Bu məsələ rəsmi  Bakını qətiyyən maraqlandırmamalıdır. Biz öz torpaqlarımızdayığ və qalan əhali ilə işləməyə hazırıq”.

//Gülnarə Abasova, Editor.az