Şişkinlik bəzən təhlükəli xəstəliklərdən xəbər verir- ARAŞDIRMAbackend

Şişkinlik bəzən təhlükəli xəstəliklərdən xəbər verir- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London Universitet Kollecinin alimləri hesab edirlər ki, qarın ağrısı şikayəti ilə həkimə müraciət edən şəxsə qarşıdakı 12 ay ərzində 2,2% hallarda xərçəng diaqnozu qoyula bilər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri PLOS Medicine jurnalında dərc olunub. Tədqiqatçılar 2007-2016-cı illər arasında qarın ağrısı ilə bağlı həkimə müraciət edən 30 yaşdan yuxarı 400.000 britaniyalının analiz nəticələrini təhlil ediblər. Alimlər müəyyən ediblər ki, qarın ağrısı şikayəti ilə həkimə müraciət edən hər 50-ci xəstəyə (bütün xəstələrin 2,2%-i) məsləhətləşmədən sonra bir il ərzində xərçəng diaqnozu qoyulub.

Böyük Britaniyanın Milli Sağlamlıq İnstitutunun tövsiyələrinə əsasən qeyd olunub ki, xərçəngə tutulma riski 3 faizdən çox olan xəstələr təcili müayinələrə və sonrakı müalicələrə göndərilməlidir. Lakin elm adamları deyirlər ki, qarın ağrısı və ya şişkinlik ilə həkimə müraciət edən 60 və daha yuxarı yaşlı insanlar qan testinin nəticələrindən asılı olmayaraq dərhal belə təcili müraciətlərə ehtiyac duyurlar. Alimlər xərçəng riskinin yaşla artdığını açıqlayıblar. Buna görə də tədqiqatçılar qarın ağrısı və şişkinliyin olmasını onkoloqa müraciət etmək üçün kifayət qədər ciddi səbəb hesab edirlər.

//Gülnarə Abasova, Editor.az