Siyasi ekspert: “YAP-ın ideoloji fəaliyyətində dərin islahatlara ehtiyac duyulur”backend

Siyasi ekspert: “YAP-ın ideoloji fəaliyyətində dərin islahatlara ehtiyac duyulur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YAP-da həyata keçiriləcək islahatlar bütün ölkədə keçirilən islahatların tərkib hissəsi kimi labüddür”. Bunu Sputnik Azərbaycan-a siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, bu gün Azərbaycanda aparılan islahatlar həm hakim partiyanın sədri, həm də ölkə prezidenti İlham Əliyevin şəxsi iradəsi ilə gerçəkləşdirilib:

“YAP-ın strukturunda, rəhbərliyində, seçkili orqanlarında, ideoloji fəaliyyətində dərin islahatlara ehtiyac duyulur. Fikrimcə, bu islahatlar bir qədər gecikib. Bütün ölkədə islahatlar başlamadan öncə bu islahatlara başlansa idi, onun nəticələrini görə bilərdik. YAP-da aparılacaq yenilənmələr ölkədə gedən islahatlara təkan vermək baxımından önəmli rol oynaya bilər”.

Qeyd edək ki, mediada yayılan xəbərlərdə bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi bildirilir.