“”Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək”- Azər Badamovbackend

“”Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək”- Azər Badamov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə fəaliyyət göstərən 39 siyasi partiyasının müraciəti əsasında Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı hazırlanaraq ictimai müzakirələrə təqdim olunmuşdur. Azərbaycan son 30 ildə böyük inkişaf yolu keçib. Demək olar ki, cəmiyyətin hər bir sahəsində böyük dəyişikliklərə imza atılıb.

Ölkədə iqtisadi və idarəetmə sistemində islahatlar aparılmış, siyasi mühitin daha da demokratikləşdirmə prosesi davam etməkdədir. Demək olar ki, bütün siyasi partiyalar arasında dialoq mühiti formalaşmış, milli maraqları kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyəti formalaşmışdır. 44 günlük Vətən müharibəsində siyasi baxışlarından asılı olmayaraq demək olar ki, bütün partiyaların birləşməsi və xalqımızın haqq işinin dəstəklənməsi yeni reallıqdır. Müharibədə qazanılmış qələbədən sonra yaranmış yeni reallığa uyğun siyasi partiyaların aktivliyinin artırılması və siyasi proseslərdə iştirak edərək cəmiyyətin aktiv qüvvəsinə çevrilməsi aktuallaşmışdır. Passiv mövqedə dayanan və siyasi proseslərdən kənarda qalmağına üstünlük verən siyasi partiyaların fəaliyyətlərinə yenidən baxılması da zəruri olmuşdur.

İctimai müzakirələrə təqdim olunmuş qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilmişdir. Qanun layihəsində siyasi partiyaların fəaliyyətində keyfiyyətin artmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulmuşdur. Qanun layihəsi ilə bağlı Milli Məclisdə ictimai müzakirələr keçiriləcəyi nəzərdə tutulur və səsləndiriləcək yeni səmərəli təkliflər nəzərə alınacaq. Milli Məclisin payız sessiyasında geniş müzakirələr aparılmaqla ,”Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul olunacaq. Hesab edirəm ki, qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək.

Milli Məclisin deputatı, Yeni Azərbaycan partiyasının İdarə Heyətin üzvü Azər Badamov