“Siyasi partiyalar haqqında” yeni qanun nə vəd edir? – Millət vəkili ŞƏRH EDİRbackend

“Siyasi partiyalar haqqında” yeni qanun nə vəd edir? – Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi cəmiyyətin içindən gələn çağırışla bağlıdır. Aparılan geniş islahatlar ölkənin siyasi mühitində də əks olunmalıdır”.

Bu sözləri Editor.az- açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə “Siyasi partiyalar” haqqında ilk qanun  30 il əvvəl qəbul olunmuş və o dövrün reallıqlarını özündə əks etdirirdi:

“Köhnə qanunda tələblər çox sadə və ürəyindən siyasi partiya keçən hər bir kəsə belə bir siyasi təşkilatın yaradılmasına imkan verirdi. Amma siyasi partiya yaradılanda siyasi təşkilat adlandırılsa da bəzi partiya üzvləri olmayan ailə təsərrüffatından ibarət olub. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan keçən 30 ildə cəmiyyətin baxışları dəyişilib və bu gün artıq yeni çağırışlar ölkənin siyasi mühitinə yanaşmasında dəyişikliyi tələb edir. Bu yeni çağırışların təməlində ölkənin siyasi səhnəsində aktiv və proseslərə reaksiya verə biləcək siyasi güclərini özündə ehtiva edən siyasi partiyalar dayanmalıdır. “Siyasi partiyalar haqqında”yeni qanunda passiv, fəaliyyəti olmayan və özünün siyasi partiya adlandıraraq heç bir elektoratı olmayan ailə təsərrüfatların siyasi partiya adlandırılmasını məhdudlaşdırır”.

A. Badamov qeyd edib ki, yeni qanun siyasi partiyalar üçün yeni tələblər müəyyənləşdirir:

“Bu yeni tələblər hər bir partiyanın arxasında heç olmasa 5 min nəfərin dayanmasını vacib edir. Əgər bir siyasi partiyanın arxasında onun siyasi fəaliyyətini dəstəkləyən 5 min nəfər üzvü dayanmırsa, o partiya heç bir siyasi prosesdə iştirak edib öz siyasi mövqeyini müdafiə edə bilməz. Ona görə də hər bir partiyanın siyasi iradəsini ifadə etməsi üçün onun siyasi qüvvəsi olması vacib hesab olunur. Yeni qanunda bir çox vacib məsələlər öz əksini tapmışdır. Burda siyasi partiyanın təsisi, ləğvi, rəhbər strukturunun yaradılması, maliyyə əsasları və əməkdaşlığın təşkili kimi bir çox məsələlər müəyyən olunur. Beləliklə, “Siyasi partiyalar haqqınd” yeni qanun ölkədə siyasi mühitin daha aktivləşdirəcəyini, xalqın fikirlərini ifadə edə biləcək siyasi güclərin fəaliyyətini təmin edəcəyini və ölkənin siyasi sahəsinin inkişafında yeni mərhələ açacağını hesab edirəm”.

 

//Gülnarə Abasova, Editor.az