“Siyasi sistemin gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüd idi”- Millət vəkilibackend

“Siyasi sistemin gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüd idi”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı qeyd etdiyi məqamlar bizim üçün yol xəritəsi oldu. 10.03.2020-ci il tarixində keçirilmiş ilk iclasda qeyd olunduğu kimi islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi. Deputatlar qarşısında qoyulan böyük vəzifələr, qanunvericilik sahəsində edilən dəyişikliklər ölkənin inkişafı istiqamətində əhəmiyyətli rol oynadı”.

Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüd idi:

“İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməklə dəyişən reallıqlara yeni mütərəqqi məzmunlu baza hazırlandı. Bu proses bu gün də davam edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazasının genişləndirilməsi işləri daha da gücləndirilir. Bununla yanaşı ölkəmiz sosial dövlət olduğu üçün bu istiqamətlərdə də mütərəqqi addımlar atılır. İqtisadi vəziyyətimiz imkan verir ki, minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması məsələsi öz həllini tapır. Əlbəttə bu cür müsbət amil və dəyişiklikləri daha çox sadalamaq olar”.

Deputat qeyd edib ki, seçicilərlə iş prosesində də deputatların aktivliyi göz önündədir. “Çünki Cənab Prezidentin qeyd etdiyi kimi deputatlar seçildikləri dairələrdə fəallıq nümayiş etdirməli və seçicilərlə daim təmasda olmalıdırlar. Yəqin ki sosial şəbəkələrdən də izlədiyiniz kimi deputatlar demək olar daim öz seçicilərinin yanında olur. Qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində iş aparırlar. Deputatın sözlərinə görə aparan islahatlar bu gün öz müsbət nəticəsini verir: “Aparılan islahatların mahiyyəti bu olmuşdu ki, yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən də qüsursuz olsun. Artıq həmin dövrdən 4 il keçir. Geriyə baxdığımızda biz görürük ki, Milli Məclis səmərəli fəaliyyəti ilə öz üzərinə düşən öhdəliklərini yerinə yetirə bilib. Bu gün həmçinin aparılan islahatlar nəticəsində siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin də bərqərar olduğunun şahidi oluruq. İqtidar-müxalifət dialoqunun dərinləşməsi islahatların səmərəliliyinə də təsir göstərir. Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Çünki bu bir reallıqdır ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar da mütləq aparılmalıdır”.

//Editor.az