Siyəzəndə ağır qəza: 3 ölü, 2 yaralıbackend

Siyəzəndə ağır qəza: 3 ölü, 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 2006-cı il təvəllüdlü Nihad Babək oğlu Abbasov və digər iki nəfər şəxs dünyasını dəyişib.

1992-ci il təvəllüdlü Nicat Kamran oğlu Məmmədov və 2006-ci il təvəllüdlü Rəvan Malik oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

N.Abbasovun və digər iki şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Digər 2 nəfərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.