Siyəzən rayonunun Beşdam kənd məktəbinin direktoru özünə xəsarət yetirib və o səhər saatlarında Siyəzən Müalicə- Dioqnostika Mərkəzinə çatdırılıb.
Mərkəzdən verilən məlumata görə, Beşdam kənd sakini, 62 yaşlı Sərvət Qəribağa oğlu Əlizadə bu səhər sol saidin aşağı 1/3 kəsilmiş yarası diaqnozu ilə mərkəzə gətirilib və ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Quba-Xaçmaz Regional Təhlil İdarəsindən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Beşdam kənd məktəbinin direktoru Sərvət Əlizadənin hansı səbəbdən özünə xəsarət yetirməsi rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
//bizim.media

