İsveç, Norveç, Finlandiya və Danimarka “həm Rusiyanın təcavüzünə, həm də ABŞ-ın qeyri-müəyyən təhlükəsizlik zəmanətlərinə qarşı çıxmaq” üçün hərbi resursları birləşdirir.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır ki, Bu dörd ölkə ABŞ-dan daha az asılı olan yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün addımlar atır. 2023-cü ildə Skandinaviya ölkələri hava qüvvələrini birləşdirərək müştərək hava qüvvələri komandanlığı yaradıblar. 2024-cü ildə Nordic Müdafiə Əməkdaşlıq Təşkilatı (Nordefco) çərçivəsində 2030-cu ilə qədər davam edəcək ümumi müdafiə konsepsiyası hazırlayıblar. WSJ-nin yazdığı kimi, hər hansı bir Skandinaviya ölkəsi təkbaşına Rusiya ilə hərbi cəhətdən məşğul olmaqda çətinlik çəkəcək, lakin dörd ölkənin birlikdə iqtisadiyyatı “demək olar ki, Rusiya ilə eyni ölçüdə”dir.
Nəşr qeyd edir ki, İsveç sualtı qayıqların, tankların və səsdən sürətli reaktiv qırıcıların istehsalı da daxil olmaqla “mütərəqqi müdafiə sənayesinə malikdir”. Norveç Arktikada dəniz müşahidəsi və döyüş qabiliyyətinə malikdir. Finlandiya ən böyük daimi ordulardan birinə malikdir və Danimarkanın xüsusi təyinatlıları Əfqanıstan və İraqın ən təhlükəli bölgələrində təcrübə toplayıb.
Xatırladaq ki, martın sonunda Rusiya prezidenti Vladimir Putin Arktikada daha çox rus hərbçisinin olacağına söz verib. Eyni zamanda, o, Rusiyanın “Arktikada heç kimi təhdid etmədiyinə” və Qərb ölkələri ilə əməkdaşlığa da açıq olduğuna inandırıb.
//Samir Qurbanov, Editor.az