İranın Ukrayna ilə müharibə aparan Rusiyaya külli miqdarda güllə, raket və minaatan mərmiləri verdiyi iddia edilir.
Editor.az-ın Sky News-a istinadən verdiyi məlumata görə, çatdırılma yanvar ayında İrandan Xəzər dənizində Həştərxan limanına Rusiya bayrağı altında üzən iki gəmi tərəfindən həyata keçirilib.
Ukrayna müharibəsi davam edərkən İran Qərb tərəfindən təcrid olunmuş Rusiyanın ən mühüm müttəfiqlərindən birinə çevrilib. Xəbərə görə, yanvar ayında İrandan göndərilən yüklərdə təxminən 100 milyon mərmi, 300 min minaatan mərmisi, 10 min polad jilet və papaq olub.
Qərb və Ukrayna rəsmiləri İranı ötən il Moskvaya pilotsuz təyyarələr verməkdə ittiham ediblər. Rusiya isə İrandan hərbi texnika aldığını inkar edir.
//Gülnarə Abasova, Editor.az