Slavutiç meri oğurlandıbackend

Slavutiç meri oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 26-da Rusiya hərbçiləri Çernobılın peyk şəhəri Slavutiçə soxularaq bələdiyyə sədrini oğurlayıb, dinc aksiyaya çıxan insanlara isə səsli qumbara və atəş açıblar.

Bu barədə Editor.az Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk Telegram-da yaydığı məlumata istinad edərək xəbər verir.

Pavlyuk deyib: “Rus işğalçıları Slavutiç şəhərini işğal edərək şəhər xəstəxanasını ələ keçirdilər. Son məlumata görə, şəhər meri Yuri Fomiçev işğalçılar tərəfindən qaçırılıb. Buna baxmayaraq şəhər şurası tam tərkibdə işini davam etdirir”.

Hərbi Administrasiya rəhbəri onu da bildirib ki, rus işğalçıları sakinlərin dinc etiraz aksiya keçirdikləri meydanda havaya atəş açıb və kütləyə səsli qumbaralar atıblar.

Editor.az