Slovak əsgərinin ayağı heç vaxt Ukrayna ilə sərhədi keçməyəcək – Slovakiyanın baş naziri Robert Fikobackend

Slovak əsgərinin ayağı heç vaxt Ukrayna ilə sərhədi keçməyəcək – Slovakiyanın baş naziri Robert Fiko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Robert Fiko deyib ki, “Slovak əsgərinin ayağı” heç vaxt Ukrayna ilə sərhədi keçməyəcək.

Editor.az xəbər verir ki, bu barədə “Aktuality” yazıb. Robert Fiko Slovak əsgərlərinin Ukraynaya göndərilməsini istisna edib. O, bunu cümə axşamı hökumətin sual saatında Fransa prezidenti Emmanuel Makronun bəyanatlarına cavab olaraq deyib: “Ukrayna NATO-nun üzvü deyil.

Slovakiyanın Ukraynadakı müharibə ilə heç bir əlaqəsi yoxdur və mən bütün Slovakiyaya çox aydın siqnal göndərirəm ki, kim bizdən nəsə istəsə də, Slovak əsgəri Slovakiya-Ukrayna sərhədinə ayaq basmayacaq”, – deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, Fransa prezidentinin bəyanatı ilə bağlı Fiko qeyd edib ki, bu, ikitərəfli məsələ olmalıdır.

“Suveren siyasətçilərin suveren bəyanatları Slovakiyanın deyil, sırf Fransanın işidir”- o, deyib. Fikonun sözlərinə görə, bu cür bəyanatlar üçüncü dünya müharibəsinə doğru atılan addımdır.

//Samir Qurbanov, Editor.az