Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü – VİDEObackend

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb.

Editor.az APA-ya istinadən bildirir ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb.

Görüntüdən aydın olur ki, insanların arasından ona atəş açılır.

Atəş açan şəxs polis tərəfindən tutulub.

Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.

Vəziyyətinin ağır olduğu bildirilir.