Slovakiya və Macarıstan da Rusiyaya arxa çevirdibackend

Slovakiya və Macarıstan da Rusiyaya arxa çevirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya və Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 17-ci sanksiyalar paketini dəstəkləyib. Halbuki, əvvəllər bu ölkələr Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərə qarşı dəfələrlə çıxış ediblər.

Editor.az bildirir ki, bu barədə “Euractiv” nəşri avropalı diplomatlara istinadən yazıb: “Rusiyanın enerji idxalından ciddi şəkildə asılı qalan iki ən Moskvayönlü Aİ ölkəsi olan Macarıstan və Slovakiya paketin nisbi zəifliyini nəzərə alaraq dəstəklədilər”.

Qeyd edək ki, Aİ-nin 27 üzv ölkəsindən yalnız Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fiko yeni sanksiyalar paketinin qarşısını almağı planlaşdırırdı. Bütün ölkələrin razılığı olmadan tədbirlər görülə bilməz. Bu o deməkdir ki, onların razılığı olmasaydı, 17-ci sanksiya paketi əngəllənəcəkdi.

//Samir Qurbanov, Editor.az